Tələbələr yarışda 4000 manat qazandılar

Tələbələr yarışda 4000 manat qazandılar

“PAŞA Sığorta” şirkətinin təşkilatçılığı ilə keçirilmiş “Hakaton” müsabiqəsində Bakı Ali Neft Məktəbinin tələbələri birinci yerə çıxaraq 4000 manat pul mükafatı qazanıblar.

AzerTimes xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov məlumat verib.

I yerin qalibi Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri İsmayıl Məmmədzadə, Əli Məhərrəmli və Nadir İsgəndərovdan ibarət “Karma” komandası olub.

II yerə “Phaster” komandası, III yerə isə “Eclipse” komandası layiq görülüb.

18-19 noyabr tarixlərində “Hakaton” müsabiqəsində müxtəlif universitetlərdə təhsil alan tələbələrdən ibarət komandalar yarışıblar. Ümumilikdə “Hakaton”a 70-ə yaxın komanda müraciət edib, 33 komanda dəvət alıb, finala isə 22 komanda çıxıb.

Teqlər: