Tələbələr üçün “TIPx: Gələcək sən” adlı konfrans keçirilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən
“Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində “TIPx: Gələcək
sən” adlı konfrans keçirilib.

Azərbaycan Neft və Sənaye Universiteti ilə əməkdaşlıq
çərçivəsində baş tutan konfransda müxtəlif ali təhsil ocaqlarında
təhsil alan 150 nəfər tələbə iştirak edib.

İlk olaraq Agentliyin İdarə Heyətinin sədr müavini Cəmaləddin
Quliyev və Mərkəzi Karyera filialının rəhbəri Toğrul Ələkbərov
karyera planlaması istiqamətində işsiz və işaxtaran şəxslər üçün
yaradılan imkanlar, görülən işlər barədə məlumat verib.

Daha sonra spikerlər tərəfindən tələbələrə “Gələcəyin (bu günün)
peşələri”, “Gələcəyin əmək bazarı və bu günün universitet təhsili”,
“Kreativ düşüncə sənəti”, “Məqsədə aparan yol”, “Beynəlxalq
layihələrdə iştirak bizə nə qazandırır”? kimi mövzular ətrafında
təqdimatlar edilib, tələbələrin sualları cavablandırılıb. Sonda
konfransda aktiv iştirak edən tələbələrə həvəsləndirici hədiyyələr
təqdim edilib.

“Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində növbəti
tədbirin may ayında keçirilməsi nəzərdə tutulur.

Teqlər: