Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb
tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli
564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman
imzalayıb.
AzerTimes xəbər verir ki,
Fərmanla “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci
il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrasını təmin
etmək məqsədilə qərara alınır:
– “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün
Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564
nömrəli Fərmanının 1-ci hissəsində “210 (iki yüz on)” sözləri “250
(iki yüz əlli)” sözləri ilə əvəz edilsin.
Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.