İsrailin paytaxtı Təl-Əvivdə minlərlə insan küçələrə çıxaraq atəşkəs tələb edib.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, insanlar İsrail Müdafiə Nazirliyinin binası qarşısında toplanaraq atəşkəs elan olunması üçün şüarlar səsləndiriblər.
Etirazçılar müharibənin qalibinin olmadığını bildirərək, əsirlərin dəyişdirilməli olduğunu qeyd ediblər.
İnsanlar ingilis və ibrani dillərində plakatlar qaldıraraq, Qəzzada suyun kəsilməsini, xəstəxanaların bombalanmasını qınayıblar.