Təl-Əvivdə HƏMAS tərəfindən qaçırılan girovlara dəstək aksiyası başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, Təl-Əvivdə keçirilən aksiya tərəflərin Qəzza zolağında atəşkəs razılaşması əldə edə bilməməsi fonunda təşkil olunub. Mitinq “Həqiqət anı – həyat və ya ölüm!” şüarı altında keçirilir.
Aksiyanın təşkilatçıları bundan əvvəl də bəyan ediblər ki, Fələstin anklavında saxlanılan bütün girovlar qaytarılmadan İsrailin HƏMAS-la hazırkı müharibədə hər hansı qələbəsindən danışmaq mümkün olmayacaq.