Təl-Əvivdə etiraz aksiyaları yenidən başladı

Təl-Əvivdə etiraz aksiyaları yenidən başladı

Baş nazir Benyamin Netanyahunun məhkəmə islahatları ilə bağlı layihəni ən azı yaya qədər təxirə salmasına baxmayaraq, İsrailin Təl-Əviv şəhərində yenidən kütləvi etiraz aksiyaları keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nümayiş təşkilatçıları bildirirlər ki, aksiyanı davam etdirmələrinin səbəbi Netanyahu və onun kabineti üzvlərinin məhkəmə-hüquq islahatları ilə bağlı kompromis tapmaq üçün fasilə verilməsi haqda bəyanatlarına inanmırlar. Müxalifətin fikrincə, hakim koalisiya yalnız vaxt udmağa və etiraz dalğasını aşağı salmağa çalışır.

Teqlər: