Təl-Əvivdə yeddi nəfərin ölümü ilə nəticələnən terror hücumuna görə məsuliyyəti HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadası üzərinə götürüb.
AzerTimes xəbər verir ki, hərəkatın hərbi qanadının məlumatına görə, hücum nəticəsində 7 nəfər həlak olub, 16 nəfər yaralanıb.
Qeyd edək ki, avtomatla silahlanmış iki nəfər oktyabrın 1-də Təl-Əvivin cənubunda tramvaya girərək sərnişinlərə atəş açıb. Daha sonra onlar küçədəki insanları atəşə tutublar.
İstintaq zamanı məlum olub ki, hücumu həyata keçirən hər iki şəxs İordan çayının qərb sahilindəki Xevron şəhərinin sakinləridir. Onlardan biri hadisə yerində zərərsizləşdirilib, digəri ağır yaralanıb.