Təkzib olundu, ancaq sübut var: Lavrov xəstəxanada – Foto

Təkzib olundu, ancaq sübut var: Lavrov xəstəxanada – Foto

“Bellingcat”ın müstəntiqi Timmi Allen Lavrovun Balidə xəstəxanaya yerləşdirildiyinə dair sübut tapıb.

AzerTimes xəbər verir ki, Allen Lavrovun şəkillərini və G20 sammitinin keçirildiyi Bali adasındakı Nusa Dua xəstəxanasının peyk şəkillərini müqayisə edib.

Qeyd edək ki, daha öncə yayılan məlumatda Lavrovun ürəyindəki problemdən dolayı xəstəxanaya yerləşdirildiyi bildirilsə də, daha sonra Rusiya XİN rəsmisi Mariya Zaxarova məlumatı təkzib etmişdi.

Teqlər: