“TEKNOFEST”in Türkiyədən kənarda keçirilməsi planlaşdırılan zaman ağıla ilk gələn qardaş ölkə Azərbaycan oldu – Kosmos Agentliyinin rəhbəri (ÖZƏL)

Türkiyə və Azərbaycan Prezidentlərinin “TEKNOFEST”ə verdiyi
dəstək sayəsində dünyaca məşhur olan texnologiya festivalı bu il
Azərbaycanda keçirilir. Hər iki ölkə başçısının bu addımı
texnologiya sahəsinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Bunu AzerTimes
özəl açıqlamasında Türkiyənin Kosmos Agentliyinin rəhbəri Sərdar
Hüseyn Yıldırım deyib.

Onun sözlərinə görə, “TEKNOFEST”in Türkiyədən kənarda
keçirilməsi planlaşdırılan zaman ağıla ilk gələn qardaş ölkə
Azərbaycan oldu.

“Bizim üçün bura ikinci vətənimizdir. “TEKNOFEST” Türkiyədə
keçirilərkən çox uğur əldə etdi. Eyni uğurları Azərbaycanda da
yaşayacağımızdan çox əminəm. Həmçinin, hər iki ölkə başçısının
festivalın keçirilməsinə verdiyi dəstək çox mühüm addımdır. Bu gün
festivalın son günü olmasına baxmayaraq insanlar hələ də böyük
maraq göstərərək buraya gəlirlər”, – deyə o əlavə edib.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçirilir.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

AzerTimes İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: