Teknofestin Azərbaycanda keçirilməsi texnologiyanın inkişafı üçün böyük addımdır – Tural Bədirxanlı

Xəbər - Humay Ağacanova -Trend:

Teknofest“in ölkəmizdə keçirilməsi Azərbaycan gəncliyi üçün texnologiyanı öyrənməsi, inkişaf etdirilməsi üçün çox böyük bir addımdır.

Bunu AzerTimes-a özəl açıqlamasında “Twitter”də pay sahibi olan azərbaycanlı gənc Tural Bədirxanlı deyib.

O qeyd edib ki, dünyada texnologiya artıq mühim bir alətə çevrilib.

“Çünki texnologiya bilməyən, öyrənməyən gənclik dünyada uğur qazana bilməz. Bunun üçündə”Teknofest“in Azərbaycanda keçirilməsi, “Baykar”ın Azərbaycanda müəyyən işlər görməsi çox dəyərlidir.

Teknofest“burada keçirilməsi Azərbaycan gəncliyi üçün texnologiyanı öyrənməsi, inkişaf etdirilməsi üçün çox böyük bir addımdır”, –deyə o əlavə edib.

Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli,Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: