Teknofest TV “Teknofest Qaradəniz” festivalında iştirak edən “Furqanoğlu” şirkətlər qrupu “Dəmir Yumruq” standı ilə bağlı xüsusi reportaj hazırlayıb.
AzerTimes xəbər verir ki, reportaj hazırlanmasının əsas səbəbi standın “Dəmir Yumruq” adlandırılması olub.
“Furqanoğlu” şirkətlər qrupunun Baş direktoru Araz Musayev, İdarə Heyətinin sədri Azər Həsənsoy fəaliyyətləri barədə məlumat veriblər, Azərbaycan-Türkiyə qardaşlığının Türk Dünyasına nümunəvi örnək olmasından danışıblar, ölkələrimizin birgə inkişafındakı əməklərinə görə Azərbaycan və Türkiyə prezidentlərinə Federasiya rəhbərləri kimi minnətdarlıqlarını bildiriblər.