“Teknofest” texnologiyanın inkişafında əhəmiyyətli rola sahib olacaq – Mehmet Fatih Kaçır (ÖZƏL)

“Teknofest”in Azərbaycanda keçirilməsindən çox böyük qürur
duyuruq.

Bunu AzerTimes-a özəl açıqlamasında Türkiyə Sənaye və texnologiya
nazirinin müavini Mehmet Fatih Kaçır deyib.

Onun sözlərinə görə, festivalda həm Türkiyənin, həm də
Azərbaycanın milli və yüksək texnologiyaları sərgilənir.

“Eyni zamanda, hər iki ölkənin hava qüvvələri festivalda şourlar
göstərəcək. “Teknofest”i ilk dəfə Türkiyə hüdudlarından kənarda –
Azərbaycanda keçirdiyimiz üçün çox qürurluyuq. Bu festival
texnologiyanın inkişafında əhəmiyyətli rola sahib olacaq. İldən-ilə
bu həyəcanın, inkişafına, genişlənməsinə və bütün Türk dünyasını
əhatə etməsinə ümid edirik”, – deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.