TEKNOFEST gənc istedadların üzə çıxarılması üçün önəmli
festivaldır.
Bunu AzerTimes-a açıqlamasında Müstəqil Sənayeçilər və İş Adamları
Dərnəyi – MÜSİAD Azərbaycan prezidenti Rəşad Cabirli deyib.
Onun sözlərinə görə, TEKNOFEST Azərbaycan festivalı iki qardaş
ölkənin əlaqələrinin daha da dərinləşməsi üçün atılan önəmli
addımlardan biridir və Türkyə-Azərbaycan münasibətləri xalqlarımız
üçün əsas yol xəritəsidir.
O qeyd edib ki, TEKNOFEST Azərbaycan çox yüksək səviyyədə
keçirilib, xüsusən də gənclər bu festivala yüksək maraq
göstəriblər.
“Gənclərin bu festivala maraq göstərməsi sevindirici haldır və
TEKNOFEST-in önümüzdəki illərdə də keçiriləcəyinə ümid edirəm” –
deyə o bildirib.
R.Cabirli qeyd edib ki, MÜSİAD Azərbaycanın tərkib hissəsi olan
Gənc MÜSİAD da TEKNOFEST-də iştirak edib.
Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçirilib.
Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews,
Eastweststream, Today.az və Turkic.World “Teknofest 2022”
aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşları
olub.