AB-nin mülki missiyası kimi təqdim edilən missiya formatını dəyişir, çünki ona NATO hərbi strukturuna üzv olan ölkə qoşulur.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov deyib.
“Bunlar çoxdan qərar verilmiş proseslərdir, heç kimə, xüsusən də Rusiyaya sirr deyildi. Rusiya XİN sözçüsü Zaxarova bir neçə həftə əvvəl missiyanın əslində NATO missiyasına çevrildiyini bildirmişdi. Əlbəttə ki, bunu ekstremist qiymətləndirmə, təbliğat və s. kimi xarakterizə etdilər. Əslində hər şey son dərəcə sadədir. Hesab edirəm ki, Kanada sonuncu qoşulan ölkə olmayacaq. Bu məsələlər NATO baş katibi Stoltenberqin Ermənistana səfəri zamanı ciddi müzakirə olunub. Gözlənildiyi kimi, NATO müşahidəçiləri mülki müşahidəçilər adı altında bölgəyə daxil olublar. Məncə, buna təkcə Rusiyadan deyil, İrandan da cavab veriləcək. Çünki Tehran öz qonşuluğunda hadisələrin bu formada inkişafına dözə bilməz”, – o bildirib.