Tək sual budur: Putini kim dayandıracaq?

Tək sual budur: Putini kim dayandıracaq?

Rusiya Prezidenti Vladimir Putin reallıqdan maksimal şəkildə uzaqlaşıb. O öz qələbəsindən başqa heç bir variantı qəbul etməyəcək. Ona görə də onu dayandırmaq vacibdir.

AzerTimes xəbər verir ki, bunu Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Sergey Raxmanin deyib.

“Düşünürəm ki, o, reallıqdan çox uzaqdır. Onun iki tarixi çıxışını gözdən keçirdim, çünki düşməni tanımaq lazımdır. Putini Ukraynada nə qədər insanın basdırılacağı açıq-aydın maraqlandırmır. Nəticələr onu maraqlandırmır, o, dayanmaq fikrində deyil, nədənsə tarixə düşməyi özü qərara alıb. İnanır ki, o, artıq bu işə girib, ancaq dünyanın hələ bundan xəbəri yoxdur. Putin dayanmayacaq, yalnız onu saxlayanda dayanacaq. Tək sual budur ki, ona kim mane olacaq?” – o bildirib.

Teqlər: