Təhsillə bağlı neqativ video çəkib ictimailəşdirmək düzgün deyil – Nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Gün ərzində 3-4 milyon insanın təhsillə ünsiyyəti olur. Təbii
ki, burada insanlar arasında müxtəlif münaqişələr yaşanır. Bunu
videoya çəkib ictimailəşdirməklə təhsilin indiki vəziyyətini təsvir
etmək doğru deyil.

AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev
deyib.

O bildirib ki, azərbaycanlı şagirdlər son illərdə beynəlxalq
olimpiadalarda 300-dən çox medal qazanıb. “Amma nədənsə biz onların
uğurlarını çəkib paylaşmırıq.

Məncə bizim qəhrəmanlarımız onlardır.

Nadinc uşaqlar, partanın üstünə çıxan uşaqlar təbii ki,
problemdir. Amma bu, məktəbin daxili problemi və şagird davranışı
məsələsidir. Bunu gündəmin ən vacib mövzusuna çevirmək doğru
deyil”, – nazir bildirib.

Teqlər: