Xəbər - Çingiz Səfərli – Trend:
2022-ci ildən başlayaraq ölkənin hər yerində müxtəlif insanların iştirakı ilə platformalar yaratmalı və təhsil barədə müzakirələr aparmalıyıq.
Trend xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun 90 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib
Onun sözlərinə görə, təhsilin inkişafı üçün ictimai müzakirə ən önəmli məsələdir.
“Düşünürəm ki, biz bunu Təhsil İnstitutu platforması altında etməliyik. Təbii ki, müzakirələr faydalı suallar ətrafında olmalıdır. Digər tərəfdən təhsilimizin irəli getməsi üçün elmi tədqiqatlar lazımdır. Bu çərçivədə yeni təhsil siyasəti modellərinin yaratmaq mümkündür. Bura təhsilin məzmunu, metodiqası və digər məsələlər aiddir. Həmin dəyişiklikləri birbaşa yox, ardıcıl pilot layihələr çərçivəsində tərbiq etmək olar”, – deyə nazir qeyd edib.