Təhsilini yarımçıq qoyub hərbi xidmətə yollandı, oradan da Vətən müharibəsinə – Şəhid Arif Rüstəmov (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Təhsilini yarımçıq qoyub hərbi xidmətə yollandı, oradan da Vətən müharibəsinə.

AzerTimes-ın məlumatına görə, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçilərdən biri də Rüstəmov Arif Seymur oğludur. O, 2001-ci ildə Salyan şəhərində anadan olub.

2018-ci ildə orta təhsilini bitirdikdən sonra Bakı Turizm və Menecment kollecinə daxil olub. A.Rüstəmov 2019-cu ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb və orada rabitəçi kimi xidmət edib. Qazax rayonu N sayılı hərbi hissədə qulluq edən şəhidimiz 27 sentyabrda başlanan Vətən müharibəsinə qatılıb.


O, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azad olunması uğrunda döyüşlərdə iştirak edib. Arif Rüstmov 27 oktyabr tarixində Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub.

Şəhid Arif Rüstəmov ölümündən sonra 3 medalla təltif olunub.

Teqlər: