Təhsil və səhiyyə sistemlərini təkmilləşdirməliyik – Ekvadorun keçmiş prezidenti

Xəbər - Elçin Mehdiyev – Trend:

Bizim ölkəmizdə pandemiya səbəbindən ən çox fəsadlar təhsil və səhiyyə sahəsinə dəyib. Biz təhsil və səhiyyə sistemlərini təkmilləşdirməliyik.

AzerTimes-ın məlumatına görə, bunu Ekvadorun keçmiş prezidenti Rosalia Arteaqo Serrano VIII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya iqtisadiyyatı” mövzusuna panel müzakirələri zamanı deyib.

O qeyd edib ki, ölkəsində bütün əhalini peyvənd etməyə böyük cəhdlər göstərilir: “Bəzi insanlar vaksinasiyaya fərdi mövqedən yanaşaraq bundan imtina edirlər. Lakin bu məsələyə fərdi mövqedən deyil, ümumi cəmiyyətin maraqları prizmasından yanaşmaq lazımdır”.

Keçmiş prezident post-pandemiya dövründə dünya iqtisadiyyatını bərpa etmək üçün bütün ölkələrin birgə səylərinin vacibliyini qeyd edib.

Teqlər: