Təhsil Tələbə Krediti Sistemində müraciət qaydası sadələşir

Xəbər - Çingiz Səfərli – AzerTimes:

Yaşı 18-dən aşağı olan tələbələr müstəqil şəkildə ASAN İmza ala bilmədikləri üçün təhsil-tələbə krediti sistemində yenilik ediləcək.

AzerTimes xəbər verir ki, bu barədə bu gün Təhsil Nazirliyinin “Təməl” proqramında qonaq olarkən təhsil nazirinin müavini İdris İsayev məlumat verib.

O bildirib ki, həmin tələbələr üçün müraciət qaydası sadələşdiriləcək.

“Bu, yaxın günlərdə, bəlkə də bu günün sonunda ola bilər ki, reallaşsın. 18 yaşdan aşağı olan tələbələrə münasibətdə biz notarial qaydada təsdiq edilən ərizənin nömrəsi və həmin şəxsin şəxsiyyət vəsiqəsinin fin kodunu daxil edərək sistemdən istifadə edə bilmə imkanını onlara yaradacağıq” – deyə, nazir müavini bildirib.

Teqlər: