Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri ADU-da tələbələrlə görüşüb (FOTO)

Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz
Paşayevin Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə
görüşü olub.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin
foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri
düzüb, xatirəsini ehtiramla anıblar.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata
görə, ADU-nun rektoru, akademik Kamal Abdulla Təhsil Tələbə Krediti
Fondunun yaradılmasının əhəmiyyətindən danışıb. Rektor bildirib ki,
fondun təsis edilməsi dövlətin gənclərə olan qayğısının, diqqətinin
bariz nümunəsidir.

Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz
Paşayev ADU-nun tələbələri ilə görüşməkdən məmnun olduğunu deyib və
Fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat verib. O,
əlavə edib ki, fondun fəaliyyəti ölkə üzrə 44 ali təhsil
müəssisəsini və 55 orta-ixtisas təhsil müəssisəsini əhatə edir:

“Fondun fəaliyyəti qeyd olunan sayda təhsil müəssisəsində
ödənişli və əyani təhsil alan tələbələri əhatə edir. Ölkə üzrə
təxminən 266 min nəfər tələbə təhsil alır. Onlardan 146 min nəfəri
ödənişli təhsil alır. Krediti almaq üçün tələbə girov, zamin,
borcalan və s. heç bir öhdəliklə yüklənmir”.

Araz Paşayevin əlavə edib ki, Fondun yaradılmasında əsas məqsəd
əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsilə
əlçatanlığını təmin etmək, onlar üçün bərabər imkanlar yaratmaq və
təhsilin əhatə dairəsini genişləndirməkdir.

Görüşdə mövzu ilə bağlı tələbələrin sualları
cavablandırılıb.

Teqlər: