Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı artırılıb.
AzerTimes xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.
Qərara əsasən, Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatlar bölməsinə Təhsil Tələbə Krediti Fondu əlavə edilib.