Xəbər - Humay Ağacanova – Trend:
Təhsil Nazirliyi yanında İctimai Şura 8 Mart – Beynəlxalq
Qadınlar Günü münasibətilə ictimaiyyətə müraciət edib.
AzerTimes-ın məlumatına görə,
müraciətdə məktəblərdə şagird və valideynlərdən hər hansı bir
vəsaitin toplanmasının yolverilməz olduğu qeyd edilir. Bildirilir
ki, bayramla bağlı xoşagəlməz halların qarşısını almaq üçün bu
prosesə cəmiyyət olaraq hər birimiz nəzarət etməliyik.
Həmçinin qeyd olunur ki, belə hallarla qarşılaşanlar
[email protected] elektron poçt ünvanına müraciət edə
bilərlər.
Unutmayaq ki, müəllimə hörmət valideynin öz övladının
təlim-tərbiyə prosesinə həssas yanaşması, bu prosesdə onu
hərtərəfli dəstəkləməsidir.
Müraciət xanımların 8 Mart – Beynəlxalq Qadınlar Günü
münasibətilə təbrik edilməsi ilə yekunlaşdırılır.