Təhsil Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ

Təhsil Nazirliyi vətəndaşlara xəbərdarlıq edib.

Yenicag.az mətni təqdime edir:

“Son günlərdə Təhsil Nazirliyinin loqosundan istifadə edərək, müxtəlif məzmunlu saxta məlumatların paylaşılması hallarına rast gəlinir. Bu isə ictimaiyyəti aldatmaq və mövcud qanunvericiliyin tələblərini pozmaqdır.

Təhsil Nazirliyi bildirir ki, nazirliyin loqosunun bu cür hallarda istifadəsi davam etdiyi təqdirdə müvafiq araşdırma aparılacaq və bu işi həyata keçirən şəxslər barədə hüquqi çərçivədə tədbirlər görüləcək”.

www.yenicag.az