Təhsil Nazirliyi yaşı 60-dan çox olan müəllimlərin vaksinasiyası barədə məlumata münasibət bildirdi

Xəbər - İlhamə İsabalayeva – Trend:

Təhsil Nazirliyi yaşı 60-dan çox olan müəllimlərin COVİD-19-a qarşı vaksinasiyaya məcburi şəkildə cəlb ediləcəyi barədə məlumata münasibət bildirib.

AzerTimes-ın məlumatına görə, bu gün keçirilən vebinarda çıxış edən Təhsil nazirinin müşaviri Elnur Nəsibov deyib ki, müəllimlərin vaksinasiyası ilə bağlı qərar TƏBİB tərəfindən veriləcək: “Belə səhv məlumat yayılıb ki, yaşı 60-dan çox olan müəllimlər məcburi şəkildə vaksinasiya ediləcək. Vaksinasiya könüllü olacaq”.

Teqlər: