Xəbər - İlhamə İsabalayeva – Trend:
Məktəblərdə xoşagəlməz hadisələrin baş verməsinə səbəb olan hallara yol verilir, ancaq bacardıqda həmin hallara qarşı mübarizə aparılır.
AzerTimes-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, məktəblərdə kontingent geniş olduğundan orada hər gün xoşagəlməz halların olması mümkündür: “Bu halların aradan qaldırılması üçün məktəb direktorları və yerli təhsil şöbələrinin üzərinə böyük məsuliyyət düşür”.
E.Əmrullayev bildirib ki, nazirlik yalnız anonim olmayan şikayətləri araşdırır.