Təhsil Nazirliyi təhsilin keyfiyyəti ilə bağlı apardığı sorğunun nəticələrini açıqlayıb

Xəbər - İlhamə İsabalayeva – Trend:

15 mart tarixindən başladılan və təhsilin keyfiyyətinə təsir edən amillərin qiymətləndirilməsinə yönəlmiş sorğu çərçivəsində 10 812 rəy qəbul edilib.

AzerTimes-ın məlumatına görə, rəylərin 33,3 faizində keyfiyyətli təhsil üçün müəllimlərin peşəkarlıq səviyyəsinin önəmli olduğu qeyd edilib.

Rəylərin 17,3 faizində məktəbin maddi-texniki bazasının mühüm rola malik olduğunu açıqlayıb.

Rəylərin 15,2 faizində valideyn amilinin, 10 faizində məktəb rəhbərinin fəaliyyətinin, 8,2 faizinin məktəbdə psixoloji fəaləyyətin, 5,5 faizində dərsliklərin, 7,2 faizində sadalanan amillərin hamısının keyfiyyətli təhsil üçün vacib rol oynadığını söyləyib.

Teqlər: