Təhsil Nazirliyi təhsil sisteminin ümumi transformasiyası üçün Microsoft şirkəti ilə əməkdaşlıq edir

Rəqəmsal texnoloqiyaların sürətli inkişafı, təhsil sahəsi daxil olmaqla, bütün fəaliyyət sahələrinə əhəmiyyətli təsir göstərir. Məktəblərin rəqəmsal transformasiyası rəqəmsal iqtisadiyyat dönəminə keçid şəraitində milli təhsil sisteminin inkişafı üçün mühüm amildir. İnkişafın əsas istiqamətləri: rəqəmsal təhsil mühitinin yaradılması, tədris sisteminin yenidən gözdən keçirilməsi, fərdiləşdirilmiş tədris prosesinin çevik sisteminin yaradılması, yeni tədris üsullarının, təcrübələrinin və texnoloqiyalarının tətbiq olunması.

Bu gün dünya əvvəlkidən daha sürətli şəkildə dəyişməkdədir, onlayn təhsil isə normal hala dönməkdədir. Geniş funksionalın, mütəmadi yenilənmənin və təkmilləşdirilmənin eləcədə Microsoft ekosisteminin eyni zamanda bütövlükdə istifadə olunmasının sayəsində, tədris prosesinin həyata keçirilməsi üçün geniş imkanlar yaradan Microsoft Teams platforması pandemiya dövründə bilik qazanmaq üçün ən effektiv vəsaitəyə dönüb.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Microsoft şirkətinin əməkdaşlığı, təhsil sisteminin informasiyalaşdırılması üzrə ilk proqramın tətbiqi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması ilə, 2008-ci ildən başlayıb.

Pandemiya dövründə, Nazirlik distant təhsil problemlərini həll etmək üçün səy göstərirdi, və Microsoft şirkəti, bu problemin həlli üçün, yaratdığı Microsoft Teams platformasını təklif etdi. Bütün digər variantlar arasında seçilən bu tətbiq, orta və ali təhsildə intensiv şəkildə istifadə olunmağa başladı. Bugün 1,4 milliondan çox şagird, ümumitəhsil istiqamətlərini əhatə edən Virtual Məktəb platformasında qeydiyatdan keçib. Habelə 51 universitetdən 38-i kollaborasiya və distant təhsil üçün məhz Microsoft Teams platformasını tətbiq edirlər. Microsoft həmçinin orta ixtisas təhsili sahəsində də fəaliyyət göstərir, belə ki 50 müəssisədən 17-si Microsoft Teams-i tətbiq edir.

3 mart 2021-ci il tarixində, Təhsil Nazirliyi Microsoft şirkəti ilə birlikdə, təhsil sisteminin rəqəmsal transformasiyası haqqında yeni saziş imzaladılar. Sənəd 4 istiqaməti əhatə edir və hər bir istiqamətdə, birgə həyata keçiriləcək bir neçə layihə var.

Yeni sənəd Azərbaycanın hazırki gündəminə və təhsil sisteminə uyğun olaraq hazırlanıb. Tərəflərin əməkdaşlığı 20-ə yaxın mövzunu əhatə edəcək. İlk növbədə – Nazirliyin elektron xidmətlərində istifadə etdiyi məlumat sistemlərinin təkmilləşdirilməsi olacaq. Bu, müəssisə üçün bəynəlxalq səviyyədə təcrübə mübadiləsi aparmağa, analizin detallaşdırılması və elektron xidmətlərin effektivliyinin artırılması sahəsində məlumat sistemlərinin təkmilləşdirilməsi üçün müasir texnoloqiyaları tətbiq etməyə imkan yaradacaq.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəhbəri Vüsal Xanlarovun dediyinə görə, bu saziş çərçivəsində Azərbaycan həmçinin Leading Countries of the World koalisiyasının üzvüdür. Bu koalisiyanın üzv olan ölkələr, təhsil sisteminin rəqəmsal transformasiyası sahəsində daha uğurlu təcrübələrini öz aralarında bölüşürlər.

«Leading Countries of the World, və məhz Constellation layihəsinin çərçivəsində biz öz təcrübəmizi bölüşür, digər ölkələrdən təcrübə alırıq, bu isə uzun müddətdə bütün üzv ölkələr üçün faydalı olacaq. Bir çox sahələrdə biz özümüzü pioner kimi görürük, çünki bugün Azərbaycanda həyata keçirilən bir çox layihə, gələcəkdə digər ölkələrdə də implementasiya olunacaq. Hal-hazırda, bu platformaya təhsil sistemində müasir texnoloqiyalar tətbiqinin “birinciləri” olan 6 ölkə qoşulub. UNESCO və OSCD də bu paltformaya dəstək göstərirlər və texnoloji sahədə düzgün addım atmağımıza yardım edirlər. » – deyə, Vüsal Xanlarov rəy bildirdi.

Ölkələrin əməkdaşlığının daha bir istiqaməti – müəllimlərin peşakarlıq səviyyəsinin artırılmasıdır. Saziş çərçivəsində, müəllimlərin proqramlı təlimi üçün Microsoft texnoloqiyalarının tətbiqinin imkanları yoxlanılır, eləcədə Pedaqoji universitetlə birlikdə hazırki kontentin, müasir industriyanın tələblərinə cavab verən yeni kontentə dəyişdirilməsinə yönlənmiş yeni layihələr planlaşdırılır.

Eləcədə əməkdaşlıq çərçivəsində süni intellektin tətbiq olunması da planlaşdırılır. Qeyd edək ki, 26

fevral tarixindən etibarən, Microsoft-un Süni Intelekti Azərbaycan dilini tanımağı öyrənib. Bu


texnoloqiyanın köməyi ilə, müəyyən test sistemləri tədqiq olunur və yeni kontentin şagirdlər və

müəllimlər üçün faydalılıq dərəcəsinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş predikativ

analitika tətbiq olunur.

V. Xanlarovun fikrincə: “Süni İntellekt gələcək inkişafda önəmli amillərdən biri olacaq, onun imkanları getdikcə genişlənəcək, bu isə onun təhsil sahəsində istifadə olunmasına imkan yaradacaq. Biz, Azərbaycan məktəblərində tədris keyfiyyətinin təkmilləşəcəyini gözləyirik, çünki biz müəllimlərin təlimi zamanı yeni texnoloqiyalara əsaslanırıq. Şagirdlərimizin Süni İntellekt və başqa istiqamətlər üzrə müxtəlif beynəlxalq yarışlarda iştirak etmək imkanlarının genişləndirilməsi, daha bir müsbət amildir.”

Qazaxıstanda və MDB ölkələrində Microsoft Təhsil sektoru ilə əməkdaşlıq işləri üzrə rəhbər Nurlan Canıbek, Təhsil Nazirliyi ilə əməkdaşlığın növbəti mərhələsinə dair şərh bildirərkən, memorandumun Azərbaycanda təhsil sisteminin ümumi transformasiyası üçün mühüm olan bütün dəyişiklik məhələlərini əhatə etdiyini qeyd edib.

Onun sözlərinə görə, çoxillik əməkdaşlığı nəzərə alaraq, sazişin bəzi maddələri artıq həyata keçirilmişdir, bəziləri isə yekunlaşma mərhələsindədir.

N. Canıbek əlavə edib: «Bu yaxınlarda, 5 Azərbaycan məktəbinin qoşulduğu Showcase School layihəsinin anonsu elan ediləcək. Eləcədə müəllimlərlə ayrıca keçirəcəyimiz, 50 müəllimin qatılacağı layihə həyata keçiriləcək. Bu əməkdaşlığın yaxın gələcək üçün qoyduğumuz ortaq məqsədlərə nail olmaq üçün qurulmağı çox vacib bir amildir. Memorandumda əks olunan məsələlər, həm ümumilikdə təhsil sisteminə, həm də onun hər bir iştirakçısına müsbət təsir göstərəcək.”

Tərəflərin ortaqlığı təhsil sisteminin transformasiyasından başqa, ölkədə İT mütəxəssisləri bazarının radikal dəyişikliklərinə səbəb olacaq. Ali təhsil müəssisələrində tədrisin məzmunun dəyişilməsi və tələbələrin sertifikasiyası bunun aydın nümunəsidir. Hal-hazırda universitetlərdən birində «Microsoft Learn for Educators» lahiyəsinə start verildi, layihə çərçivəsində müəllimlərin tədrisi aparılır, və sonra onlar Microsoft üzrə imtahandan keçirlər, bundan sonra universitet Microsoft metodikasını təhsil kontentində tətbiq edir. Təhsillərini bitirdikdən sonra, tələbələr həm universitet tərəfindən akademik diplom, həm də Microsoft tərəfindən professional sertifikat alacaqlar.

Şirkət haqqında:

Microsoft (Nasdaq “MSFT” @microsoft) “intellektual bulud”; və “intellektual texnoloqiyalar” dövründə rəqəmsal transformasiya üçün şərait yaradır. Şirkətin əsas missiyası – Yer Kürəsində yaşayan hər bir şəxsin daha çoxuna nail olması üçün şərait yaratmaqdır.

Teqlər: