Təhsil Nazirliyi ilə Britaniya Şurasının ölkəmizdəki nümayəndəliyi illik fəaliyyət planı imzalayıb (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Təhsil Nazirliyi ilə Britaniya Şurasının ölkəmizdəki nümayəndəliyi arasında illik fəaliyyət planı imzalanıb.

AzerTimes-ın məlumatına görə, Təhsil naziri Emin Əmirullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ixracat naziri Qraham Stüartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş barədə məlumat verən nazir qeyd edib ki, Azərbaycanla Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, Təhsil Nazirliyi ilə Britaniya Şurasının ölkəmizdəki nümayəndəliyi arasında illik fəaliyyət planı imzalanıb.

Teqlər: