Sentyabrın 15-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Prezident İdarəsi Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AzerTimes-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Türkiyə Respublikasının Prezident İdarəsi Rəqəmsal Transformasiya Ofisi arasında təhsil sahəsində mümkün gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.