2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq.
AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində bildirib.
“Bunları nəzərə alaraq, ekspert komissiyası test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparacaq. Araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq”- nazir yazıb.
Qeyd edək ki, MİQ-də iştirak edən namizədlər sosial şəbəkələrdə test tapşırıqlarının çətinliyindən şikayətləniblər.