Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə mətbuat konfransı
keçirilir.
AzerTimes-ın məlumatına görə,
brifinqdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün
Dövlət Proqramı ilə bağlı məlumat verilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”ı
təsdiq olunub. Hər il 400-ə yaxın tələbənin Dövlət Proqramı
çərçivəsində xaricdə təhsil alması planlaşdırılır.