Xəbər - Elçin Mehdiyev – Trend:
Ödənişli və əyani təhsil alan tələbələrin Təhsil Tələbə Krediti Fondundan kredit ala bilər.
AzerTimes-ın məlumatına görə, bunu Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev bu gün təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı təqdimatda deyib.
O qeyd edib ki, təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı 56 min 208 nəfərdir.
“Onlardan 16 min 800-ü sosial təhsil tələbə krediti almaq hüququ olanlardır, 39 min 408 tələbə isə standart təhsil tələbə krediti almaq hüququna sahibdir”, – deyə o əlavə edib.
Sədr qeyd edib ki, əyani formada ödənişli təhsil alan tələbələrin 13.8 %-nin (20 200) təhsil haqqını dövlət ödəyir və onların kredit almaq üçün müraciət etməyinə ehtiyac yoxdur. Həmin tələbələr həssas qrupa aid olanlardır.