Təhsil işçilərinin əməkhaqları artımla ödənilib.
AzerTimes xəbər verir ki, Təhsil Nazirliyindən maliyyələşdirilən bütün təhsil müəssisələrinin, o cümlədən 1670-dən çox dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 37000-dən çox işçinin yanvar ayı üzrə əməkhaqları 1 yanvar 2022-ci il tarixindən nəzərdə tutulan artımlarla hesablanaraq ödənilib.
Qeyd edək ki, bu proses Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən həyata keçirilib.