Xəbər - İlhamə İsabalayeva – Trend:
Ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu proses çərçivəsində bu günədək 50 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub.
Təhsil Nazirliyindən AzerTimes-ın sorğusuna cavab olaraq, bildirilib ki, təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir:
“Təhsil Nazirliyi təhsil ictimaiyyətinə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə “COVID-19” xəstəliyindən qorunmağı bir daha tövsiyə edir”.