Təhsil işçiləri İrandakı prezident seçkilərini boykota çağırdı

Təhsil işçiləri İrandakı prezident seçkilərini boykota çağırdı

İranlı müəllimlər və təhsil işçiləri növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıblar.

AzerTimes xəbər verir ki, bu barədə İran Təhsil İşçilərinin Həmkarlar İttifaqı Təşkilatlarının Əlaqələndirmə Şurası məlumatında deyilir.

Bəyanatda müəllimlər 14-cü dövr prezident seçkilərində iştirak etməyəcəklərini bildiriblər.

Seçkilərin millətin iradəsini əks etdirmədiyini, bunun ölkədəki vəziyyətin dəyişməsinə heç bir təsir göstərməyəcəyini deyən müəllimlər, vətəndaşları seçkiləri boykot etməyə çağırıblar.

Qeyd edək ki, 3 gün əvvəl də 520 müəllim açıq məktub yazaraq, seçkiləri boykot etdiklərini bildiriblər.

Teqlər: