Xəbər - Elçin Mehdiyev – Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təhrif
olunmuş xəritələrlə bağlı tədbirlər planı hazırlanıb.
AzerTimes-ın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat
nazirinin müavini Rövşən Rüstəmov Sosial Tədqiqatlar Mərkəzi (STM)
tərəfindən hazırlanan “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və
hibrid təhdidlər”lə bağlı hesabatın təqdimat mərasimində deyib.
O qeyd edib ki, bununla bağlı yaxın vaxtlarda ictimaiyyətə geniş
məlumat veriləcək.