İran parlamentinin üzvü Müctəba Təvangər Nyu-Yorkda Tehran və Vaşinqton arasında sanksiyaların ləğvi ilə bağlı danışıqların aparıldığını təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə o Tvitter hesabında paylaşım edib.
Millət vəkili razılaşmanın mümkünsüz olduğunu açıqlayıb:
“Amerika bloklanmış aktivlərin sərbəst buraxılması müqabilində İrandan nüvə güzəştləri almağa çalışır ki, bu da qanunlara və İranın maraqlarına ziddir”.