İran və Türkmənistan iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıblar.
AzerTimes xəbər verir ki, bu barədə İran mətbuatı məlumat verib.
Sazişdə yolların və elektrik xətlərinin çəkilişində tərəfdaşlıq nəzərdə tutulur. Sazişin dəyəri 890 milyon dollardır.
İran Türkmənistanla tranzit tariflərini azaltmaq və yükdaşıma prosedurlarını sadələşdirmək barədə razılığa gəlib.