Tehrandan PUA qalmaqalı ilə bağlı Kiyevə təklif: Hazırıq!

Tehrandan PUA qalmaqalı ilə bağlı Kiyevə təklif: Hazırıq!

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla ukraynalı həmkarı Dmitri Kuleba arasında baş tutan telefon danışıqlarının təfərrüatı açıqlanıb.

AzerTimes xəbər verir ki, Abdullahian telefon danışığı zamanı ölkəsinin Rusiyaya PUA-lar satması ilə bağlı iddialara aydınlıq gətirib.

O bildirib ki, Rusiya ilə İran arasında yaxşı münasibətlər mövcuddur:

“Hər iki ölkə keçmişdə müdafiə sahəsində əməkdaşlıq edib. Lakin Ukraynadakı müharibə ilə bağlı siyasətimiz ölkələrin ərazi bütövlüyünə hörmət etmək, münaqişə edən tərəflərə silah verməmək və müharibəni dayandırmaqdır”.

XİN başçısı Ukraynadakı müharibədə İran PUA-larından istifadə edildiyinə dair iddiaları da rədd edib:

“Heç bir vasitəçiyə ehtiyac olmadan iki ölkə arasında hərbi ekspertlərin iştirakı ilə texniki danışıqların aparılmasına hazırıq”.

Teqlər: