Tehranın Şəhid Çamran Universitetinin qızlar yataqxanasında tələbələr universitetin rektoru Məhəmməd Əli Axundun Ramazan ayı bəhanəsi ilə dərslərin onlayn keçirilməsi və yataqxananın boşaldılması ilə bağlı göstərişinə etiraz ediblər.
AzerTimes-ın “Azad İran” Teleqram kanalına istinadən məlumatına görə, qərara qarşı etiraz aksiyası keçirən tələbələr şüarlar səsləndiriblər:
“Biz sizin tamaşa etməyinizi istəmirik, bizə qoşulun!”, “Onlayn təhsil istəmirik, istəmirik!”, “Tələbə qışqır, haqqını alanadək fəryad et!”
Qeyd olunub ki, tələbələr universitetin bu qərarını qızlara qarşı ayrı-seçkilik hesab ediblər.