Tehranda taxıl böhranı həll olacaqmı? – BMT

Tehranda taxıl böhranı həll olacaqmı? – BMT

BMT İran, Rusiya və Türkiyə prezidentləri – İbrahim Rəisi, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Tehranda keçiriləcək sammiti izləyəcək.

AzerTimes xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

Üçtərəfli sammitin taxıl problemi ilə bağlı hər hansı irəliləyiş əldə edəcəyini gözləyirmi sualına Haq belə cavab verib:

“Bu proseslə bağlı bu görüşdən konkret gözləntilərimiz yoxdur. Bu, ayrı bir məsələdir”.

Eyni zamanda, Haq qeyd edib ki, BMT taxıl ixracı məsələsi üzrə müzakirənin əsas iştirakçılarının istənilən koordinasiyasını alqışlayır:

“Beləliklə, bu müzakirəni irəli aparacaq hər şey müsbət olacaq”.

Qeyd edək ki, iyulun 19-da Tehranda üçtərəfli sammit keçiriləcək.

Teqlər: