Bu gün İranın paytaxtı Tehranda üçmərtəbəli binada partlayış olub.
AzerTimes xəbər verir ki, bu barədə İranın Yanğınsöndürmə Təşkilatının sözçüsü Cəlal Məliki məlumat verib.
O bildirib ki, partlayış zamanı 4 nəfər ölüb:
“Ölənlərdən 3-ü kişi və biri isə qadın olub. Binada axtarış əməliyyatları davam etdirilir”.
Məliki əlavə edib ki, indiyədək binadan müxtəlif yanıq xəsarətləri ilə 5 qadın çıxarılıb:
“Partlayışa səbəb partlayıcı maddələrin saxlanması olub. Bəzi şəxslər Axır Çərşənbə ilə əlaqədar kustar üsulla pirotexniki vasitələr hazırlayırlar. Bu isə partlayışların baş verməsi ilə nəticələnir”.