Tehran küçələrində şəhidimiz, İrandakı səfirliyimizin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun posterləri yayılır.
AzerTimes xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Avtomatla silahlanmış şəxs səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, iki əməkdaşı isə yaralayıb.