İsrail ordusunun ötən gecə Hizbullahın mərkəzi qərargahına hücumundan və Həsən Nəsrullahın həlak olması ilə bağlı təsdiqlənməmiş xəbərlərin yaylmasından sonra Tehranın müxtəlif bölgələrində onun fotosu olan bannerlər asılıb.
AzerTimes xəbər verir ki, bannerlərdə “Hizbullah diridir” şüarı yazılıb.
Ekspertlər və iranlı sosial media istifadəçiləri bunu Həsən Nəsrullahın həlak olmasına dair İran hökumətinin qeyri-rəsmi təsdiqi kimi dəyərləndiriblər.