Tehranda həbs olunan vəkildən xəbər yoxdur

Tehranda həbs olunan vəkildən xəbər yoxdur

Güney Azərbaycanın tanınmış vəkili Mustafa Nilinin vəziyyəti barədə məlumat yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə vəkilin bacısı Fatimə Nili sosial media hesabında paylaşım edib.

O bildirib ki, məhkəmə sistemi orqanlarına edilən çoxsaylı müraciətlərə cavab olaraq vəkilin Evin həbsxanasının təhlükəsizlik bölməsi sayılan 209-cu bəndində saxlanıldığını deyilib.

Qeyd edək ki, Tehranda yaşayan tanınmış vəkil Mustafa Nili noyabrın 7-si SEPAH-ın təhlükəsizlik bölməsinin məmurları tərəfindən həbs edilib.

İranda etiraz aksiyalarının başlamasından bəri saxlanılan vəkillərin sayı 16-ya çatıb.

Teqlər: