Tehranda güclü zəlzələ ola bilər – Zare

Tehranda güclü zəlzələ ola bilər – Zare

İranın paytaxtı Tehran şəhərinin böyük bir hissəsi və əhalinin sıx yaşadığı bölgəsində qırılma xətti fəallaşıb.

AzerTimes xəbər verir ki, bu sözləri Beynəlxalq Zəlzələ Tədqiqatı İnstitutunda Zəlzələlərin Proqnozlaşdırılması Mərkəzinin rəhbəri Mehdi Zare deyib.

O, iyulun 10-da Tehranın şərqində 3,6 bal gücündə zəlzələnin baş verməsini həmin qırılma xəttinin fəallaşması ilə əlaqələndirib:

“Bu aktivlik Tehranın əhalinin ən çox məskunlaşdığı bölgələrindən birinə təsir edib”.

Qeyd edək ki, bundan əvvəl Tehranın qırılma xəttinin üstündə yerləşdiyi, on minlərlə dözümsüz binanın olduğu, zəlzələ baş verəcəyi təqdirdə milyonlarla insanın həyatına son qoyulacağı barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Tehranın əhalisi sayı 13 milyon civarındadır.

Teqlər: