Tehranda dərslər distant rejimə keçdi

Tehranda dərslər distant rejimə keçdi

Tehran əyalətində havanın çirklilik səviyyəsinin normadan olduqca yüksək olmasına görə məktəblər iki günlük tətil edib.

AzerTimes xəbər verir ki, bu barədə Hava Kirliyi Təcili Vəziyyət Komitəsi məlumat yayıb.

Bildirilir ki, hazırda havanın çirklilik səviyyəsi bütün yaş qrupları üçün təhlükəli həddədir. Bu səbəblə məktəb və universitetlərdə 1-2 yanvar tarixlərində dərslər distant rejimə keçib. Qərar çərçivəsində idman zallarında bütün növ fəaliyyətlərin də qadağan edildiyi bildirilir.

Əyalətdə hava sirkulasiyasının uyğunsuz fiziki strukturuna əhalinin sıxlığı, avtomobillərdən istifadə, fabriklərdəki keyfiyyətsiz yanacağın səbəb olduğu deyilir.

Teqlər: