İsmayıl Haniyənin öldürülməsi ilə bağlı paylaşım etdiklərinə və fikir bildirdiklərinə görə Tehran şəhərində bir neçə nəfər həbs edilib.
AzerTimes xəbər verir ki, bu barədə Tehran Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, bir neçə nəfər çağrılaraq dindirilib, xəbərdarlıq edilib, bir neçə nəfər barəsində isə cinayət işi açılıb.
“Onlara cəmiyyətin psixoloji təhlükəsizliyini pozduqlarına görə cinayət işi açılıb”, – prokurorluğun bəyanatında qeyd olunub.