Tehranda Belarus və İran hərbi əməkdaşlıq planı imzaladı

Tehranda Belarus və İran hərbi əməkdaşlıq planı imzaladı

Belarus və İran müdafiə nazirlikləri arasında anlaşma memorandumu və “2023-cü il üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

AzerTimes xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sözügedən sənədlər Belarus müdafiə naziri Viktor Xrenin və İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani arasında Tehranda imzalanıb.

Teqlər: